Zərdabda tibb işçisi Rüxsarə Hüseynovanın 65 yaşı qeyd olundu

0
51

Rüxsarə Hüseynova

Zərdab Rayon Mərkəzi Xəstəxanasının tibb işçisi Rüxsarə Hüseynova 45 il Mərkəzi Xəstəxananın sahə tibb bacısı vəzifəsində işləyib. Rüxsarə xanım sahə tibb bacısı işlədiyi vaxtda xəstələrlə səmimi ünsiyyətdə olmuş, əhalinin rəqbətini qazanmışdır. 21. 02. 2015-ci ildə Rüxsarə xanımın 65 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir.

Poliklinikanın baş həkimi Xavər Teymurova həkim Rüxsarə xanımı təbrik etmiş, onun işlədiyi müddət ərzində fəal işçi olduğunu demişdir.

Tədbirdə tibb işçiləri iştirak və çıxışlar ediblər.

Sahə həkimi Şəfəq Bayramova Rüxsarə xanımla 45 ildir ki, bir otaqda işlədiyini, onunla xoş vaxtlar keçirdiyini, işində məsuliyyətli olduğunu demişdir. Sonra baş tibb bacısı İlahə İsayeva da Rüxsarə xanım haqqında xoş sözlər söyləmişdir.

Digər çıxış edənlər – tibb işçiləri Cavahir, Minayə, Güldəstə, Sitarə və Məlahət  Rüxsarə xanım haqqında xoş sözlər demişlər. Bildirmişlər ki, Rüxsarə xanım gözəl ana, səmimi tibb işçisi kimi heç vaxt unudulmayacaq.

Ona ən şirin nemət olan cansağlığı diləyirik. Rüxsarə xanım, 65 yaşın mübarək!

Zərdab Rayon Mərkəzi Xəstəxanasının kollektivi

Rüxsarə HüseynovaRüxsarə HüseynovaRüxsarə HüseynovaRüxsarə HüseynovaRüxsarə HüseynovaRüxsarə Hüseynova