Veteranlar Klubunda soyqırımı qurbanları anıldı

0
46

Veteranlar KlubuZərdab Rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Veteranlar Klubununun təşkilatçılığı ilə şəhərimizdəki 3 mərtəbəli inzibati binada yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşlarının iştirakı ilə Xocalı faciəsinin 23 illiyinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirin əvvəlində Xocalı faciəsini əks etdirən film nümayiş etdirildi. Mərasimi Klubun müdiri Sevinc Hüseynova açaraq, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətindən söz açdı. Kommunal Müəssisələr Kombinatının əməkdaşı Tamilla İsmayılova Xocalı faciəsinin tarixindən danışdı. Toxumçuluq Laboratoriyasının müdiri Fiqurə xanım qeyd etdi ki, belə günləri yad etmək bizim vətəndaşlıq borcumuzdur. Tədbirin sonunda şəhidlərmizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Veteranlar Klubunun direktoru Sevinc Hüseynova