Millət vəkili Jalə Əliyevaya müraciət – Nurlanın anasından

0
56

Nurlan İsrafilov Hörmətli Jalə Əliyeva!

Mən İsrəfilova Qalina Sabirovna 29.03.1959-cu ildə Rusiya Federasiyasının Tyümen vilayətində anadan olmuşam. Sonradan Zərdab rayonunun Məlikli kənd sakini İsabala İsrəfilovla ailə qurmuşam və uzun illərdir həmin kənddə yaşayıram.

Hörmətli Jalə xanım!

Sizə müraciət etməyimin səbəbi oğlum 35 yaşlı İsrəfilov Nurlanın qaraciyər sirrozundan əziyyət çəkməsidir.

Biz uzun illər Nurlanı müxtəlif xəstəliklərdən müalicə etdirmişik, lakin onun qaraciyər sirrozu olduğu bu yaxınlarda üzə çıxıb.

Belə ki, bu yaxınlarda oğlumun səhhəti yenidən pisləşdi və biz onu Bakıda Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına yerləşdirdik. Həkimlər bir neçə gün davam edən analizlərdən sonra oğlumun qaraciyər sirrozu olduğu diaqnozunu qoydular.

Hörmətli millət vəkilimiz!

Həkimlər bildirirlər ki, oğlum təcili əməliyyat olunmalı və donor tapılaraq qaraciyəri dəyişdirilməlidir. Biz donor olaraq hər şeyə hazırıq, lakin əməliyyat baha olduğundan buna imkanımız heç cür çatmır. Belə ki, bunun üçün 50 min manat tələb olunur.

Hörmətli Jalə Əliyeva! Bu məsələdə rayonumuzun millət vəkili, ölkəmizin tanınmış, hörmətli bir ziyalı xanımı olaraq bizə dəstək göstərməyinizi Sizdən xahiş edirik. Oğlumun yaşaması mümkündür, lakin o tezliklə əməliyyat olunsa. Xahiş edirik, oğlumuzun yaşaması naminə bizdən köməkliyinizi əsirgəməyəsiniz. İnanırıq ki, millət vəkili kimi Sizin dəstəyiniz, səsimizin aidiyyatı orqanlara çatdırılmasında köməyiniz bu işdə bizə böyük kömək olacaq.

Hörmətlə,

İsrəfilova Qalina Sabirovna

Şəxsiyyət vəsiqəmin seriya nömrəsi: AZE: 06396592

Ünvan: Zərdab rayonu, Məlikli kəndi.

Telefon: 051 416 01 65Nurlan İsrafilovNurlan İsrafilov