Allahverdi Səfərov: “İçki içməməsi ilə bağlı oğluma xəbərdarlıq etdim”

0
29

ZərdabZərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov oğlu Ceyhun Səfərovun polis tərəfindən saxlanılması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib. AzVision.az-a açıqlamasında Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov bu əməlinə görə, oğluna ciddi xəbərdarlıq etdiyini deyib: “Oğum Ceyhuna 5 sutka müddətinə həbs cəzası verilmişdi. İndi o cəzasını çəkib azadlığa çıxıb. O azadlığa çıxandan sonra içki içməməsi ilə bağlı ona xəbərdarlıq etim. İçkinin ziyanları barədə ona tövsiyyələrimi bildirdim. O daha içki içməyəcək. Hazırda oğlum öz işi ilə məşğul olur”.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılması barədə mətbuatda məlumat yayılmışdı. Zərdab Rayon İcra Hakimiyyətindən “Trend”ə faktı təsdiqləmişdilər.

Sevinc Vaqifqızı