Zərdab şəhərinin baş planı təsdiq olundu

0
54

Zərdab rayonuDövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış daha beş şəhərin baş planı təsdiq olunub. Komitənin yaydığı məlumata görə, 2011-2012-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müvafiq layihə təşkilatları arasında bağlanan müqavilələr əsasında işlənilməsinə başlanılan Balakən, Siyəzən, Yardımlı, Zərdab və Zaqatala şəhərlərinin baş planları tamamlanaraq aidiyyəti təşkilatlarla razılaşdırıldıqdan sonra yerli icra hakimiyyətləri tərəfindən təsdiq olunub. Təsdiq olunan baş planlar, o cümlədən digər şəhərlərin mövcud və işlənməkdə olan baş planları barədə məlumatlar komitənin rəsmi saytında yerləşdirilib. Eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Ağcabədi, Göyçay, Salyan, Xaçmaz və Şəmkir şəhərlərinin baş plan layihələrinin işlənməsinə başlanıb.