Parkda tanışını öldürən Zərdablının cəzası 5 il azaldıldı

0
51

BıçaqlanmaBakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1967-ci il təvəllüdlü Şəhlriyar Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci ( xüsüsi amansızlıq) maddəsi ilə olan əməli  120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 12 ilə endirilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 28-də Binəqədi rayonunda yerləşən parkda baş verib. 1967-ci il təvəllüdlü Əhədov Şəhlriyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Ağayevi Namiq Ağa oğlunu bıçaqlayıb. N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov isə hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham olunan Şəhliyar Əhədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini istəyib.