Zərdabda tibb bacısı Yaqut Məhərrəmova vəfat edib

4
88
Yaqut Məhərrəmova (Salmanova)
Yaqut Məhərrəmova (Salmanova)

Uzun illər Zərdabdakı Mərkəzi Uşaq Poliklinikasında tibb bacısı işləmiş Yaqut Məhərrəmova (Salmanova) vəfat etmişdir.

Salmanova Yaqut Salman qızı 1959-cu ilin 21 mart tarixində anadan olmuşdur. 1966-1976-cı illərdə Zərdab rayonunda 1 saylı məktəbdə təhsil almışdır. 1976-1979-cu illərdə isə Bakıdakı 1 saylı Tibb Texnikumunda təhsilini davam etdirmişdir. 1979-cu ildən 2015-ci ilədək Zərdabdakı Mərkəzi Uşaq Poliklinikasında tibb bacısı işləyirdi. O, 1981-ci ildə əslən Sabirabaddan olan və Zərdab rayonunun Daxili İşlər Şöbəsinin təyinatı ilə burada sahə müvəkkili işləmiş Əlizamin Qəzənfər oğlu Məhərrəmovla ailə həyatı qurmuşdu. Dəniz adında bir qızı var.

Yaqut Məhərrəmovanın (Salmanova) vəfatı ilə əlaqədar onun yaxınlarına, doğmalarına, iş yoldaşlarına başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun.

Zerdab.com saytının kollektivi

4 ŞƏRH

  1. Zerdab.com saytına təşəkkür edirəm. Allah cəmi ölənlərə rəhmət eləsin.

  2. Vaxtsız əcəl qapını döydü ..Belə tez bizdən ayrılacağını gözləmirdik …Axı sənin Dəniz qədər arzuların vardı…
    Dünəni bu günlə , bu günü sabahla birləşdirən Allah səni ən gözəl fəsil olan yazda həyata bəxş etdiyi kimi , başqa bir yazda da yanına apardı…Bu da sənin alın yazın , qismətin idi .. yaşadığın həyat kimi fərqli ..
    Çox mehriban , səmimi , gülərüz idin … Öldüyünə inanmaq çox çətindi Yaqut xala …Sanki birdən qapı aşılacaq , sən içəri girəcən ….
    Haqq dünyadasan …Allah sevərək . əmanət göndərdiyi bəndəsini ya gec , ya tez yanına alar … Səni də aldı ..Öz yanına apardı .. Gözəl qızın Dənizin dəmiş : Mələk ana oldun sən …
    Allah sənə rəhmət etsin .. Qəbrini nurla doldursun .. Gözəlin , yanından bir saniyə ayırmağa belə ürək etmədiyin, mələk anasız qoyub getdiyin Dənizin üçün dəniz qədər arzuladığın bütün arzuların gerçək olsun… İnşallah

  3. Bu gün artıq 21 gündür ki aramızda yoxsan.Sənsiz evin bilsən nə qədər kasad görsənir … Evini sənin gülüşün , zarafatların doldururmuş … Çox çətindi yoxluğuna inanmaq…Səninlə gözəl günlər keçirmişik bir yerdə oynuyub , deyib gülüb böyümüşük … Nədən ölümünə tələsdin ???.. Zaman geçdikcə daha ağır təsir edir ölümün səni sevən insanlara.. Heç kim dəniz gözlü Dəniz qızını qoyub getdiyinə inanmır ..Axı sən onun üçün yaşayırdın …
    Həyat davam edir … Sənsiz .. Allah sənə rəhmər etsin ! Amin! Daima qəlbimizdə qalacaqsan…Yerin cənnətlik olsun … Gözün arxada qalmasın .. Dəniz gözlü gözəlin Dəniz arzularına layiq bir övlad olar İnşallah

  4. Adi özünə yaraşan özü de adina yaraşan Yaqut xanim ! Sənin qəfil ölümün hamimizi sarsitdi. Hec kəs bu xəbərə inanmaq istəmirdi. Cünki sənin arzularin var idi.Sənin Dəniz arzularin! Şirin qizin Dəniz üçün sən nələr etmirdin! Heyif cox heyif. Bütün arzularin Dəniz ücün döyünən ürəyində qaldi. Allah Dəniz balana həyat yoldaşina bacilarin Gülsüm və Rənaya qardaşin Əhmədə onlarin övladlarina və bütün səni sevən insanlara səbr versin! Məkanin cənnət olsun! Amin!

Comments are closed.