Zərdabda arpa biçini başlayıb

0
145

arpaZərdab rayonunda cari mövsümdə 16730 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 10365 hektarı buğda, 6365 hektarı isə arpadır.

Hazırda arpa zəmiləri biçilir. İlk günlərdən sahələrə 30 kombayn çıxarılıb. Rayonun daha çox taxıl əkilən Bəyimli qəsəbə, Şahhüseynli, Çallı, Alıcanlı, Şəftəhal kənd və bir sıra digər ərazi vahidlərində biçin daha mütəşəkkil davam etdirilir.

Hələlik hər hektardan 27-28 sentner arpa götürülür ki, bu da ötən ildəki göstəricidən çoxdur.

Taxılçılar ağır zəhmət bahasına yetişdirilən bu mühüm strateji məhsulu optimal müddətdə və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər.