26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Yeni Azərbaycan Partiyası Zərdab Rayon təşkilatı və Zərdab Rayon Gənclər və İdman İdarəsi birgə tədbir keçirdi. “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda keçirilən “dəyrimi masa”dan öncə gənclər Uşaq İncəsənət Məktəbinin şagirdlərindən Məmmədli Selcanın, Həsənova Fizzənin və İsayeva Şəbnəmin mövzuya uyğun çəkdikləri rəsm əsərləri ilə tanış oldular. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününün tarixi, narkomaniyanın törətdiyi fəsadlar, ölkəmizdə narkomaniya və narkobiznesə qarşı dövlət səviyyəsində həyata keçirilən kompleks tədbirlər haqqında məlumat verdi. Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov, Rayon Polis Şöbəsinin narkomaniya ilə mübarizə qrupunun əməliyyat müvəkkili Elçin Əsgərov, Əlvənd kənd orta məktəbinin direktoru Elvin Xəlilov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Leyla İsgəndərli, Gəlmə kənd orta məktəbinin müəllimi Rasif Qaçayzadə “Ağ ölüm cəmiyyətimizin bəlasıdır” mövzusunda çıxışlar etdilər. Diskursiya şəklində davam edən tədbirdə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən çap olunmuş “Sağlam həyat tərzini seç” adlı maarifləndirici bukletlər paylandı. Narkomaniya ilə mübarizə və bu bəlanın aradan qaldırılması məqsədilə iştirakçılar tərəfindən təkliflər irəli sürüldü və bu təkliflərin həyata keçirilməsi üçün müzakirələr aparıldı.




















Hara. Düşdüyüm yer
Xudiyev Huseyin Malik oglu 1997 06 24 sabirabad rayonun moranli kendi
hani herbi hiseye dusmusem
Comments are closed.