1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibəti ilə Zərdab Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsində 31 avqust tarixində “Gəlin dilimizi sevək, sevdirək!” adlı ədəbi–bədii gecə keçirilmişdir. Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşlarının 37 və 39 saylı şəhər kitabxana filiallarının, 22 saylı Şəftəhal və 12 saylı Əlibəyli kənd kitabxana filiallarının əməkdaşlarının, Zərdab Şəhər 2 saylı Körpələr Evi- Uşaq Bağçasının müəllim və uşaqlarının iştirakı ilə təşkil olunmuş tədbiri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq əsirlərdən, nəsillərdən bizə yadigar qalan ana dilimiz haqqında ətraflı söhbət açdı. Tədbirin ədəbi hissəsində Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin multimedia resursları üzrə mütəxəssisi Elnarə Salikovanın “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı məruzəsi, Xidmət Şöbəsinin böyük kitabxanaçısı Samirə Yahyayevanın, Uşaq Şöbəsinin oxu zalının müdiri Zenfira Bağırovanın, Komplektləşdirmə və Kitabişləmə Şöbəsinin müdiri Nisə Əliyavanın, Metodika və Biblioqrafiya Şöbəsinin müdiri Gülzar Qasımovanın, İnformasiya-resurs şöbəsinin operatoru İlhamə Qəribovanın, Oxuculara Xidmət Şöbəsinin oxu zalının müdiri Leyla İsgəndərlinin və başqalarının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbirin bədii hissəsində 2 saylı Körpələr– Evi Uşaq Bağçasının körpə fidanlarının söylədikləri şeirlər tədbiri daha rəngarəng etdi. Musiqi sədaları ilə davam etdirilən tədbir uşaqlara kiçik hədiyyələrin verilməsi ilə başa çatdı.
















