Dəkkəoba kəndi

17
307

Rayon mərkəzindən 5 kilometr şərqdə yerləşən bu kənd ötən dövrlərdə Kiçik Dəkkə, ən çox isə Məscidli oba adı ilə tanınmışdır. Bu kəndin 1700-cü illərdə yarandığı söylənilir, adın mənası isə “dəkkəlilərə məxsus oba” deməkdir. Dəkkəoba əhalisi maldarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluq və s. ilə məşğul olur. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, məscid və s. var. Prezident cənab İlham Əliyev 2006-cı il iyunun 30-da ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyeva ilə birlikdə Zərdaba səfəri çərçivəsində Dəkkəoba kəndində Heydar Əliyev Fondunun vəsaiti hesabına tikilən 360 yerlik müasir məktəb binasının təntənəli açılışı mərasimində iştirak etmişdir.

Ərazisi 1838 hektar
Əhalisi 1236 nəfər

17 ŞƏRH

  1. Hörmətli redaktor. Dəkkəoba kəndi heç zaman Kiçik Dəkkə olmayıb. Dəkkəoba hər zaman elə Dəkkəoba olub. Kiçik Dəkkə Dəkkəoba kəninə qonşudur. Xahiş olunur bir qədər diqqətli olasınız. Hörmətlə

  2. Salam, Hormetli Admin,
    Dekkeoba baresinde saitde melumat yerleshdirmeyinizi alqishlayiram. Amma, bir kend baresinde iki ferli informasiya yerleshdirmeyiniz o, qederde gozel deyildir!

    Beleki, Dekkeoba hec zaman Kiçik Dəkkə kimi taninmayib. Kicik Dekke Dekkeobaya qonshu kentdir. Eger munkundurse bu barede duzelish edesiniz! Cox sag olun.

    Dəkkəoba kəndi Dəkkəoba inzibati ərazisindədir. Rayon mərkəzindən 5 kilometr şərqdə yerləşən bu kənd ötən dövrlərdə “Məscidli oba” adı ilə tanınmışdır. Kəndin yaşayış məntəqəsi kimi 1700-cü illərdə yarandığı bildirilir. Adının mənasının isə “Lələhmədlilərə məxsus oba” demək olduğu bildirilir. Ərazisi 1834 hektar, əhalisinin sayı 1397 nəfərdir. Dəkkəoba kəndində 317 təsərrüfat vardır. Kənddə icra nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, məscid var. Kənd əhalisi əsasən maldarlıq, quşçuluq, taxılçılıq, yemçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq, tərəvəzçilik, meyvəçiliklə məşğul olur.
    —————————————————
    ==================================================
    Rayon mərkəzindən 5 kilometr şərqdə yerləşən bu kənd ötən dövrlərdə Kiçik Dəkkə, ən çox isə Məscidli oba adı ilə tanınmışdır. Bu kəndin 1700-cü illərdə yarandığı söylənilir, adın mənası isə “dəkkəlilərə məxsus oba” deməkdir. Dəkkəoba əhalisi maldarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluq və s. ilə məşğul olur. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, məscid və s. var. Prezident cənab İlham Əliyev 2006-cı il iyunun 30-da ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyeva ilə birlikdə Zərdaba səfəri çərçivəsində Dəkkəoba kəndində Heydar Əliyev Fondunun vəsaiti hesabına tikilən 360 yerlik müasir məktəb binasının təntənəli açılışı mərasimində iştirak etmişdir.
    Ərazisi 1838 hektar
    Əhalisi 1236 nəfər

Comments are closed.