Əslən Zərdabdan olan tanınmış müğənni Qırğızıstanda vəfat etdi

6
122

Şahmar TapdıqovQırğızıstanda yaşayan, əslən Zərdab rayonunun Bıçaqçı kəndindən olan tanınmış müğənni Şahmar Tapdıqov 42 yaşında dünyasını dəyişib. Bu barədə Zerdab.com saytına mərhumun yaxınları məlumat veriblər.

Belə ki, Şah ləqəbi ilə tanınan Şahmar Tapdıqov Qırğızıstanda yaşayan və tanınan, sevilən müğənnilərdən biri imiş. Onun bu ilin sentyabr ayının 29-da avtomobil qəzasına düşdüyü və aldığı ağır xəsarətlər nəticəsində həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Şahmar Tapdıqov bu ölkədə Azərbaycan musiqi mədəniyyətinin təbliğatçısı sayılırmış. O, bu bölgədəki millətlərin sevimli müğənnisi imiş.

Hadisə isə belə baş verib: sentyabrın 29-da Bişkekdən Qazaxıstanın Cambul vilayətinə bağlı Merke rayonuna toy mərasiminə gedərkən Bişkek-Taraz avtomobil yolunun 65-ci kilometrliyində qəfil baş verən yol-nəqliyyat hadisəsi Şahın ölümü ilə nəticələnib…

“Vətən” qəzeti bu barədə xəbərində yazır: “Qırğızıstan Azərbaycanlıları icmasının, eləcə də Qırğızıstan Xalqları Assambleyasının bütün tədbirlərində, eyni zamanda dövlət mərasimlərində, bayramlarda öndə gedən müğənnilərdən biri kimi, Şahmar Tapdıqovun ölüm xəbəri hər kəsi sarsıtdı və böyük təəssüf hissi keçirildi. Mədəniyyət Nazirliyi və Qırğızıstan Xalqları Assambleyasının foyesində Şahın qara lentli foto-surəti və qısaca həyat və fəaliyyəti yazılmış xatirə lövhəsi önündə dayananlar onun xatirəsini ehtiramla yad etdilər. Bişkekdəki məsciddə vida mərasimi düzənləndi.

Qırğızıstan Xalqları Assambleyasının sədri, akademik Bektemir Murzubraimov, Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulu Fərhad Məmmədov, Qırğızıstandakı AZƏRİ İctimai Birliyinin prezidenti, əməkdar hüquqçu Əzizağa Əliyev, müharibə və əmək veteranı Əsəd Həsənov və başqaları Şahmar Tapdıqovun Azərbaycan musiqisinin təbliğində və bütün ölkədaxili tədbirlərdə əvəzsiz xitmətlərindən danışıb, mərhumun ailəsinə və yaxınlarına başsağlığı dilədilər.

Elə həmin gün Şahın naşı tarixi vətəni Azərbaycana yola salındı. Allah rəhmət eyləsin”.

Məlumat üçün bildirək ki, Şahmar Tapdıqov bir müddət öncə Azərbaycan ilə Qırğızıstan arasında mədəni sahədə əlaqələrin inkişafına verdiyi töhfəyə görə bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin “Qırğızıstanın mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdu.

Mərhum Zərdab rayonunun Bıçaqçı kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Zerdab.com saytı olaraq, mərhumun doğmalarına, ailə üzvlərinə, yaxınlarına başsağlığı verir, Allahdan səbir diləyirik.

Sevinc Vaqifqızı

Şahmar Tapdıqov

6 ŞƏRH

  1. Rehmetlik sehv elemiremse Rehmetlik Haci Xelilin toremelerindendi.Menim tanımadığım surgunde olan qohumlarimdandi

  2. Yox sizin fikiriniz sefdi Sahmar Edilin ogludu olar dede babadan dellek olublar surgunlukden olarin elaqesi yoxdu 1988-1989 Qirxizstana gedir orda musiqi tehsili alir

  3. Uşaqlıqda onan çox futbol oynamışdıq. Kəndin bərbəri Ədil kişinin oğludur.Həmdə anası yaxın qohumumdur. Uşaq vaxtları yayda hər dəfə kəndimizə gedəndə görürdüm onu . Sonrada təhsil almaq üçün Qırğızıstana getdi. ordada Azərbaycanlı qızla ailə qurdu.Bir oğlu var. Allah rəhmət eləsin.

  4. Canım əmim mekanin cenet olsun.Helede olumune inana bilmirik sen bizim ucun bawqa idin Heyif sennen menim uwaq ruhlu emim😔Tesevvur ediremki yenede orda uzaqlardasan, sagsan, yawayirsan😔bir anniq icden duwunsem ki yoxsa deli olaram😔

Comments are closed.