Jalə Əliyeva Milli Məclisdə Sarıqaya kəndindəki vəziyyətdən danışdı

0
154

Jalə ƏliyevaMilli Məclisin növbəti plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Jalə Əliyeva hökumət üzvlərinin diqqətinə deputat seçildiyi dairənin seçicilərinin bir xahişini də çatdırıb: “Hökumət üzvlərinin tam tərkibdə burada olmasından istifadə edərək son günlərdə seçicilərim tərəfindən  daxil olan bir xahişi səsləndirmək istəyirəm. Ölkədə uğurla həyata keçirilən qazlaşdırma siyasətinin tərkib hissəsi olaraq deputatı olduğum Zərdab rayonunun Sarıqaya kəndinə də qaz xətti çəkilməkdədir. Lakin həmin kənddə evlərin bir çoxu Kür çayının keçdiyi bəndin ərazisində yerləşir və bu vəziyyət layihəyə görə həmin ərazidən keçməsi nəzərdə tutulan qaz xəttinin çəkilməsini mümkünsüz edir. Hazırda həmin kənddə qaz çəkilişi işləri yarımçıq qalıb və bu vəziyyət bir neçə aydan bəridir ki, davam edir və heç bir şəkildə hələlik həllini tapmır. Qarşıdan qış gəlir. Hökumətimizdən həmin kəndin ərazisindən keçən layihənin ən qısa zamanda yenidən nəzərdən keçirilməsi üçün mümkün olan köməkliklərini əsirgəməməyi xahiş edirəm”.

Zerdab.com