I Qarabağ savaşında Zərdab rayonu 130-dan çox şəhid verib

0
85

Son vaxtlar Zərdab rayonundan 100-ə yaxın həqiqi hərbi xidmət keçmiş gənc müddətdən artıq hərbi xidmət keçmək üçün yenidən orduya qayıdıb. Zerdab.com saytı xəbər verir ki, hazırda Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində onlarla zərdablı gənc təhsil alır.

Məlumat üçün bildirək ki, I Qarabağ savaşında Zərdab rayonundan 130-dan çox gənc torpaqlarımızın azadlığı uğrunda şəhid olub. 104 nəfər isə döyüşlərdə yaralanaraq əlil olub.

Onu da bildirək ki, Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərən rayonumuzun Gödəkqobu kənd sakini Zeyqəm Aslanov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni və “Hərbi xidmətə görə” medalı, Bıçaqçı kənd sakini Müşfiq Hacıyev “Hərbi xidmətə görə” medalı, Hüseynxanlı kənd sakini Nurəmir Əliyev “Hərbi xidmətə görə” medalı ilə təltif olunublar.

İkinci Dünya müharibəsində də qəhrəmanlıq göstərən Zərdablıların sayı çox olub. Məlumat üçün bildirək ki, müharibədə Zərdabdan 3384 nəfər iştirak edib, onlardan 1407 nəfər geri dönməyib. Həmyerlilərimiz Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif edilib. 2011-ci ildə isə o, Prezident təqaüdünə layiq görülüb.

Zərdab qəhrəman oğulları ilə fəxr edir.

Zerdab.com

Yazıdan istifadə olunarkən sayta istinad etmək zəruridir.