Qeyd edək ki, bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilmişdi. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, kollegiyada Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri də müzakirə olunmuşdu. Qərara alınmışdı ki, 65 yaşının tamam olması ilə əlaqədar müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin. Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını vermişdi.
Zərdabda mədəniyyət işçiləri maaşlarını ala bilmirlər?
“Zərdab Rayon Mədəniyyət Şöbəsinin 500-dən çox işçisi 3 aydır ki, maaş ala bilmir”. Zerdab.com xəbər verir ki, arqument.az bu mövzuda yaydığı məlumatda adının çəkilməsini istəməyən rayon sakinlərinə istinad etdiyini bildirib.
“Onların sözlərinə görə, İcra Hakimiyyətindən deyirlər ki, Maliyyə Nazirliyi pulları rayonun büdcəsinə köçürmür. Biz də 3 aydır, maaş almırıq. Mədəniyyət Şöbəsinin müdiri isə hər dəfə söz verir, amma nəticə yoxdur”,-deyə xəbərdə qeyd olunub.
Sakinlər arqument.az saytına bildiriblər ki, büdcə işçilərinin maaşı mənimsənilib: “Amma bunu hansı yollarla etdikləri müəmmalıdır. Vətəndaşları isə qorxudurlar ki, etiraz edənlər ümumiyyətlə işdən qovulacaq”.
Mövzu ilə bağlı aidiyyəti qurumların da mövqeyini işıqlandırmağa, yayılan məlumatların həqiqəti əks etdirib-etdirmədiyini aydınlaşdırmaq üçün qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.








