Jalə Əliyeva: “Bu məqamların araşdırılması istintaqın işidir”

0
33

Jalə ƏliyevaNardaranda baş verənlər hər birimizin həyəcanına və bir daha düşünməyinə səbəb olan hadisələrdir.

Bunu millət vəkilimiz Jalə Əliyeva deyib.

Onun sözlərinə, bu hadisələrin başvermə səbəbləri, kimlər tərəfindən ortaya atılması, burada hansı niyyətlər güdülməsi və sair məqamların araşdırılması, aşkarlanması istintaqın, dövlət qurumlarının işidir:

“Amma zatən  bu hadisələrə dərindən bələd olmayan, onu yaxından izləməyən hər kəsə də aydındır ki, bunun kökündə Azərbaycan dövlətinə qarşı həyata keçiriliən, yəni, dindən alət kimi istifadə edərək ölkədə, vətəndaşlar arasında iğtişaş yatarmaq arzusu, niyyəti dayanır”.

O, deyib ki, bütün bu niyyətlərin arxasında da məkrli məqsədlər-Azərbaycanın dünyəvi dövlət olmaq imicinə, Azərbaycanın tolerant bir dövlət olmaq imcinə, Azərbaycanın multikultralizm sahəsində əldə etdiyi nailiyyətlər imicinə kökündən zərbə vurmaq hədəflərinə istiqamətlənmiş addımlar dayanır:

“Həmçinin, qısa bir zamanda günahkarların ortaya çıxarılaraq yaxalanması və hasdisələrin qarşısının vaxtında alınması özlüyündə bir daha dünyaya verilən bir mesaj oldu.

Yəni, Azərbaycanda gücli dövlət var, Azərbaycanda dərin dövlətçilik ənənələri var,  Azərbaycanda hər hansı bir bölücülüyə, vətəndaşlar arasında dini baxımdan fikir ayrılığına, təfriqəçiliyə,iğtişaşa səbəb ola biləcək bütün hadisələrin  qabağı vaxtında alına bilir və bu hadisələri önləyə biləcək güclü bir dövlətimiz, dövlətimizin də saat mexanizmi kimi işləyən qurumları var.

Biz dünyaya bu mesajı verə və bir daha sübut edə bildik ki, Azərbaycan sözün əsl mənasında dünyəvi dəyərlərə istinad edən, hər gün qloballaşmaqda olan, bütün dinlərə hörmətlə yanaşan, əsla və əsla dini radikallığı, dindı ifratçılığı qəbul etməyən bir dövlətdir”.