Zərdab-Ağcabədi yolunda dəhşətli qəza

0
50

Ağcəbədi-Zərdab yolunun 7-ci kilometrliyində “Saipa” markalı minik avtomobili ilə “MTD” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan sərnişin, 1975-ci il təvəllüdlü Vəzirov Umud Ağasən oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Zerdab.com