Şəhid həmyerlimiz Hüseyn Hüseynov

0
92
Qarabağ müharibəsi

Hüseynov Hüseyn Məhəmməd oğlu 1975-ci ildə Gəlmə kənd orta məktəbini bitirib. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Subay idi. Hüseyn Bakıda artileriya təlim-tədris diviziyasının kursantı olub. O, burada hərbin sirlərinə yiyələnib. Döyüş və mənəvi-psixoloji hazırlıq məşqlərində fəallıq göstərib. Yaxşı əsgər və qayğıkeş dost kimi hamının hörmətini qazanıb. Hüseyn Azərbaycanın xilası naminə hərbi texnikanı diqqətlə öyrənirdi, azğın düşmənin torpaqlarımızdan qovulmasına can atırdı. Lakin təlim meydanında onu amansız ölüm qəfildən yaxaladı. O, cəbhədə hünər göstərə bilmədi. Lakin biz onu Vətən yolunda canından keçən şəhidlərin sırasında görürük. Dostları onu hər gün xatırlayır, Hüseynə olan məhəbbətlərindən danışırlar…

Allah rəhmət eləsin.