Əbülfəs Qarayev Zərdab sakinlərini qəbul edəcək

0
34
Əbülfəs Qarayev
Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 11-də Ucar şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Zerdab.com-a verilən məlumata görə, görüşdə Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər.