“Zərdab gülməcələri” www.zerdab.com saytında

2
106

Xəbər verdiyimiz kimi, www.zerdab.com saytının oxucuları arasında sorğu keçirilir. Sorğunun məqsədi oxucuların saytla bağlı irad və təkliflərini öyrənməkdir. Son 4 gündə elektron poçtumuza ümumilikdə 15 məktub daxil olub. 4 məktubda saytın fəaliyyətinin qənaətbəxş olduğu vurğulanıb, 5-də yeniliklərin davamlı olması arzulanıb, digər məktublarda isə saytda Zərdab gülməcələrinə yer verilməsi xahiş edilib. Saytın kollektivi belə qərara gəlib ki, bu boşluğu doldurmaq üçün yeni “Zərdab gülməcələri” rubrikasına start versin. Rubrikanın adı eyni adlı kitabdan götürülüb. Məlumat üçün qeyd edək ki, “Zərdab gülməcələri” adlı kitabça ilk dəfə 2011-ci ildə çap olunub. “Zərdab gülməcələri”ni toplayıb işləyən və tərtib edən Solmaz İbrahimovadır. Bədii redaktoru Mirağa Bağırov, texniki redaktoru Loğman Həsənoğludur.
Buradakı lətifələri çoxunuz eşitmiş, dinləmiş, oxumuş ola bilərsiniz. Lakin biz yenə də, hətta təkrar olsa belə, həmin lətifələri verməkdə fayda görürük. Əgər siz də rayonumuzla bağlı, rayonumuzda, kəndlərimizdə baş vermiş hadisələrlə bağlı gülməcələr bilirsinizsə, xahiş edirik həmin lətifəni yazıb saytımızın emailinə göndərin. Həmin lətifələri oxucularımıza çatdıracağımıza söz veririk.

***

Zərdablı İsfəndiyar Bakıya gedirmiş, avtobusda yer olmadığından ayaq üstdə durur. Avtobus Kürdəmirdə saxlayan vaxt, bir oğlan avtobusun qapısından boylanıb İsfəndiyardan soruşur:
– Ay dayı, bəlkə satdıq yumurtan ola?
– Yox, a bala, mən ayaq üstə gəlmişəm, oturanlardan soruş.

———————————————————–

***

Zərdablı İsfəndiyarın borclu olduğu Bülbül adlı bir nəfər qış günlərinin birində borcunun dalınca gəlir. Qapını döyür. İsfəndiyar içəridən soruşur:
– Kimdi?
– Bülbüldü, aç qapını.
İsfəndiyar həyəcanlanıb deyir:
– Ə, sarsaqlama qışdada bülbül olar? Get yazda, gələrsən.

2 ŞƏRH

Comments are closed.