Zərdab gülməcələri – 3

3
19525

Yay vaxtı bir xeyli müddət dalbadal yağış yağır. Zərdabda havalar çiskinli, dumanlı və çox sərin keçir. Bunu görən Zərdablı İsfəndiyar deyir:

– Kəlbəcərin özünü ala bilməsək də havasını almışıq. Yamanlıq ermənilərə qaldı 🙂

—————————

***

İsaqbağlı Fətulla kişi Bakıda gəzirmiş. Görür ki, bir neçə nəfər bir qızı soyur. Qız Fətulla kişini görən kimi qışqırır:
– Ay dayı, kömək elə.
Ətrafda Fətulla kişidən başqa heç kim yox imiş. Fətulla kişi işinin çətin olacağını görüb deyir:
– A bala, elə dayın da arvad kimi şeydir :-)))

————————-

***

Zərdablı Şahmurad şəhərdə maşınla gedirmiş. Üz-üzə gələn maşının şoferi saxlayıb Şahmurada qışqırır.
– A kişi, görmürsən, yol mənimkidir?!
Şahmurad təəccüblə:
– Ə, yol dədəndən qalıb?

www.zerdab.com

3 ŞƏRH

  1. Qələminə hörmət etdiyim Nicat bəy! Xahiş edirəm İsbəndiyarın lətifələrin çoxaldasınız. İmkan daxilində.

  2. Hemyerlimiz merhum Mohtesim dayi ile bagli sirin letifeler dillerde gezir.Hormetli Nicat muellim menim fikrimce onlardan da yerlesdirmek olar/Cox maraga sebeb olacaq.

Comments are closed.