Zərdab gülməcələri – 2

7
20856

Elektrik enerjisinin fasilələrlə verildiyi vaxtlar idi. Günlərin biri işıq pulu yığan gəlir və deyir:
– Ay İsfəndiyar, işıq pulunu ver.
İsfəndiyar zülmət otağı göstərib deyir:
– Qardaş, keç içəri. O zülmət otaqda arvadı tapsan pul ondadır.

—————————————————–

***
Səhər tezdən qanı qara vəziyyətdə bazara gələn Zərdablı İsfəndiyar bazarın darvazasının açılmadığını görüb dodağının altında gileylənməyə başlayır. Pişik Məhəmməd (“Pişik” bazarın qapıçısı Məhəmmədin ayaması imiş) ona yaxınlaşıb deyir:
– Ay İsfəndiyar, nə mırıldayırsan?
– İt pişik görəndə mırıldayar da…

——————————————
***
Zərdablı İsfəndiyar bazarda balıq satırmış. Balıqların hamısını qarmaq yaralayıbmış. Alıcı olmadığından İsfəndiyar dilxor olur. Bu dəm yaxınlaşan bir nəfər alıcı özündən razı halda, saymazyana balıqları o tərəf bu tərəfə çevirib soruşur:
– Bu balıqlar niyə çapılıb ay İsfəndiyar?
İsfəndiyar görür ki, bunun balıq almaq niyyəti yoxdur, sadəcə sataşır. Deyir: qardaş, bu balıqların hamısı namus üstündə çapılıb, sənlik deyil…

7 ŞƏRH

  1. salam.men letifelerinizi oxudum.coxda beyendim.tesekurler.ayricada bu sayti cox beyenirem.zerdab haqda melumat verdiyiniz ucun cox sag olun.yeni yazilarinizida sebirsizlikle izleyecem.

  2. bir gun zerdab aftobusu bakiya gedirmisyolda ir qoca arvadi goturur qoca arvad surucuye deyirki ay bala hacqabula catanda deyersen. surucunun yadindan cixir gedir bakiya catanda yadina dusur ki arvad buna hacqabula catanda mene deyersen ve qayidir hacqabula arvada deyir ay xala dus arvad da deyirki sagol bala deyirmanimin vaxti iydi.

  3. Bir gun bir yarmedbagli oqlu ile Bakiya gelir.Mehmanxanada qalasi olurlar.Kishiye sevishmek istiyen qadinlar yaxinlashib deyirler ki,istesen axsham gel.Kishi isteyir oglu yatsin sonra getsin.Kishi herdefe durub getmek isteyende qapinin ciriltisina ushaq oyanib gaga hara gedirsen,deyir.Kishi axirda bezir,deyir zehirmar ,gaga cor gaga yixilyat da.Qoymazsan mende bir havami deyishem.

  4. bir gun Muxtar kisi ve Elbende kisi ot calmaga gedirlermis
    Nahar vaxti Elbende kisi surfa salib surfanin uzerine colpa bisirib bosaqablarda qoyur.Muxtar kisi sufreye yaxinlasib oturanda Elbende Muxtar kisiye deyir:
    -bagisla sumuk qabi yadimdan cixib evde qalib ;);)

Comments are closed.