Bu il Zərdabda 195 hektar katof əkilib

0
41

Son illər Zərdab rayonunda təsərrüfatın qeyri-ənənəvi sahəsi hesab edilən kartofçuluğa maraq artır. Nəticədə əkin sahəsi get-gedə genişləndirilir.

Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, əkin sahələrinin, habelə kartof istehsalının intensiv artımı, bazarda bu məhsula olan tələbatla əlaqədardır. Cari ildə rayonda 195,1 hektarda katof əkilmişdi. Əkin sahələri ötən ildəkindən 79,1 hektar çox idi. Məhsul istehsalı da 1587 kiloqram artaraq 3685 tona çatıb. Əksər ərazilərdə, o cümlədən Körpükənd, Gödəkqobu, Çallı, Şahhüseyinli və bir sıra ərazi vahidlərində sakinlər kartofçuluğun inkişafına daha çox maraq göstərirlər.