Zərdabdakı Həsən bəy Zərdabi Muzeyi haqqında bilmədiklərimiz

0
86

Həsən bəy Zərdabi irsinin toplanması və təbliği sahəsində Zərdab rayonunda fəaliyyət göstərən Həsən bəy Zərdabi Muzeyinin mühüm xidmətləri var. Muzeydə ümumilikdə 9 nəfər çalışır. Muzeyin direktoru Vəfa Bayramovadır. Muzeyə Zərdabinin adı ilə bağlı olan eksponatların toplanması istiqamətində işlər bu gün də davam etdirilir. Muzeyin fondunda 330 eksponat var. Eksponatların 175-i əsas fondda, 155-i isə elmi köməkçi fonddadır. İstər rayon sakinlərinin, istərsə də, qonaqların bu muzeydə Zərdabi irsi ilə yaxından tanış olmaq imkanı var. H. Zərdabi Muzeyində tez-tez mədəni-kütləvi tədbirlər keçirilir. Eksponatların toplanması, kəndlərdə H.Zərdabinin adı ilə bağlı olan hər bir əşyanın alınıb muzeyə qoyulmasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə muzeyin əməkdaşları rayon sakinləri ilə mütəmadi əlaqədə olur, bu istiqamətdə hər hansı yenilik olarsa, dərhal zəruri addımlar atılır. Muzeydə Həsən bəy Zərdabinin sıx əlaqədə olduğu tarixi şəxsiyyətlərlə bağlı da eksponatlar nümayiş etdirilir. Zərdabi muzeyi

Zərdabi muzeyi1