Yarməmmədbağı kəndində kişi arvadının başını qısqanclıq zəminində kəsibmiş

0
65

Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Rayonun Yarməmmədbağı kəndindən AzNews.az-a verilən məlumata görə, Aqşin Astanov həyat yoldaşı Rüksanə Atsanovanı qısqanclıq zəminində öldürüb: “Aqşin Astanov 3 dəfə evlənib. Uşaqlarına da yaxşı baxmayıb. Kimsəsiz bir adamdır, çoban işləyir. Heç bir xəstəliyi yoxdur. Aqşinin atası uzun müddətdir ki, Rusiyada yaşayır. Anası isə kənddədir. Aqşin həyat yoldaşının ona xəyanət etdiyini bildirib. Hadisə səhər saatlarında baş verib. Aqşin arvadının 3 yerdən bıçaqla boğazını kəsib”.

Kənd sakinləri deyir ki, kimin haqlı olduğunu qanun deyəcək.

Qeyd edək ki, bu hadisə ilə bağlı xəbər “Zerdab.com” saytının “facebook” səhifəsində xəbər yayımlanandan sonra vətəndaşlar tərəfindən yazılan şərhlərdə də bir sıra ittihamlar səsləndirilib.

Məsələn, şərhlərin birində iddia olunur ki, mərhumə bu il iyun ayının 16-da evdən çıxıb və evə bir də 2 gün sonra, yəni 18-də qayıdıbmış. İddialara görə, mərhumə uşaqlarını evdə qoyub getdiyinə görə, qonşular polisə müraciət etməli olublar.

Şərh yazanların biri isə həmin xanımın onu tanımaya-tanımaya polisə verdiyini iddia edib: “İyun ayının 18-i məni tanımaya-tanımaya polisə vermişdi. Burada yazılası söz deyil. Mən hər şeyi video ilə sübut elədim polis idarəsində. Mən onu görəndə hiss elədim ki, çatmır. Nə isə, uzun söhbətdir”.

Yarməmədbağı kəndindən olduğunu bildirən digər bir şəxs isə xəbərə belə bir şərh yazıb: “Oğlan narkoman deyil. Hadisənin səbəbi başqadır…”

Xəbərə şərh yazan Tacı Qocayev adlı şəxs mərhumənin sinif yoldaşı olduğunu deyib: “O qız mənimlə bir sinifdə oxuyub. Məktəb illərində sakit və mədəni qız idi. Bəs niyə bu hadisə baş verib, maraqlıdır”.

Xatırladaq ki, Zərdab rayonunda qətl hadisəsi baş verib. Rayonun Yarməmmədbağı kəndinin sakini 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.