Zərdabda Çernobıl əlilləri ilə görüş keçirilib – FOTOLAR

0
63

Zərdab Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək hadisənin yaratdığı fəsadlardan söhbət açıb.
Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ilk imzaladığı sənədlərdən biri 1993-cü il dekabrın 6-da “Çernobıl iştirakçılarının sosial müdafiəsi haqqında” Qanun olub. Bu, Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğının təzahürü olmaqla, həmin insanlara xeyli güzəştlərin tətbiqinə imkan yaradıb.
Bildirilib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, dövlətimizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlərdə Çernobıl iştirakçıları o cümlədən də Zərdab rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da unudulmurlar.
Tədbirin sonunda görüş iştirakçılarına yardımlar edilib.
Çernobıl əlilləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Zerdab rayonu