Zərdabda Prezident təqaüdü səhv hesablanıbmış – Məhkəmə vətəndaşın xeyrinə qərar verdi

0
47

 

Zərdab rayon Allahqulubağı kənd sakini Cəfərov Alim Səftər oğlunun Prezident təqaüdü səhv hesablanıbmış. Zerdab.com saytı xəbər verir ki, bu barədə Zərdabda fəaliyyət göstərən Hüquq Məsləhətaxanasının rəhbəri Ramil Soltanov məlumat verib.

“Allahqulubağı kənd sakini Alim Cəfərov Hüquq Məsləhətxanamıza şifahi müraciət edərək bildirmişdi ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Zərdab rayon şöbəsi onun Prezident təqaüdünü səhv hesablayıb. Bunun nəticəsində isə onun şöbəyə 2400 manat borcu yaranıb. Buna görə də xahiş etdi ki, Hüquq Məsləhətxanasının sədri tərəfindən, yəni mən Soltanov Ramil Rahib oğlu tərəfindən hüquqları məhkəmədə müdafiə olunsun. Dərhal tərəfimdən hüquqi araşdırma aparıldı və Çernobıl AES əlili olan C. Alimin adından iddia ərizəsi ilə Şirvan İnzibati İqtisadi məhkəməsinə müraciət olundu. Müraciətdə Çernobıl AES əlillərinə verilən Prezident təqaüdü səhv hesablandığı üçün 2400 manat pulun iddiaçı Cəfərov Alimə ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etdik. İki məhkəmə iclasından sonra verdiyimiz iddia ərizəsi təmin edildi və 2400 manat pulun mərkəz tərəfindən iddiaçıya ödənilməsi qət edildi. Şöbə yenidən bu qərardan hüquqları olan Apellyasiya Şikayəti ilə Şirvan Apelasiya Məhkəməsinə müraciət etdilər. Qanuni və hüquqi müdafiəmizə görə Şöbənin şikayəti təmin edilmədi. Birinci instansiya məhkəməsinin qərarı dəyişilmədən saxlanıldı. Qərar qanun qüvvəsini alan kimi – iki gün öncə mərkəz tərəfindən Cəfərov Alim Səftər oğlunun hesabına 2400 manat ödənilib”,-deyə R. Soltanov bildirib.