Prezident Zərdabın Gəlmə kənd orta məktəbini mükafatlandırdı

0
39

Prezident İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. www.zerdab.com saytının məlumatına görə, “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülənlərdən biri də Zərdab rayonu Gəlmə kənd tam orta məktəbidir. www.zerdab.com saytının xəbərinə görə, 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə, Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.

www.zerdab.com