Zərdabın yetirmələri qəbul imtahanında yüksək bal topladılar

5
96

Ali məktəblərə III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında bir abituriyent 700 bal toplayıb.  www.zerdab.com saytının xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E. Nağızadənin sözlərinə görə, həmin abituriyent test kitabçasında olan bütün 125 suala düzgün cavab verərək, maksimal göstərici əldə edib. TQDK rəsmisinin sözlərinə görə, 700 bal toplayan abituriyent Bakı şəhəri Sabunçu rayonunda yerləşən 74 saylı orta məktəbin məzunudur.

www.zerdab.com saytına verilən digər məlumata görə, III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında yüksək bal toplayanlardan biri də Zərdab rayonunun yetirməsidir. Belə ki, Zərdab rayonundan III ixtisas qrupu üzrə keçirilən imtahanlara qatılan Əzməmmədzadə Pərvin Cəlal oğlu 637 bal toplayıb. Əzməmmədzadə Pərvin Cəlal oğlu Zərdab rayonunun Sarıqaya kəndində doğulub boya-başa çatıb. Həmin qrup üzrə Həsənli Sübhan Əlayif oğlu isə 568 bal toplayıb. Həsənli Sübhan Əlayif oğlu Zərdab şəhər 1 saylı orta məktəbin məzunudur.

Ümumilkdə ölkəmizdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.

www.zerdab.com

5 ŞƏRH

  1. Halal olsun. Amma onuda unutmayaq ki uwaglarda heves azdir,rayonda daha cox caliwmaq lazimdir… Çox isterdimki bu ballari toplayanlar gunu-gunden artsin inwallah artarda.

  2. QARDASH HALAL OLSUN.VALLAH COX SEVINDIM.AMMA ISTERDIM KI,ZERDAB GENCLERI,MAKSIMAL BAL 700BAL TOPLASINLAR.

Comments are closed.