Son vaxtlar Prezident İlham Əliyev Zərdabla bağlı 5 sənəd imzalayıb

0
57

Zərdabda cari ilin birinci yarısında sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçrilib. www.zerdab.com saytına verilən məlumata görə, rayon icra hakimiyyəti başcısının hesabat məruzəsində və çıxışlarda əsas diqqət Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başcısının nitqində irəli sürülən müddəalara yönəldilib. Natiqlər bu müddətdə Zərdabda da uğurlu nəticələr qazanıldığını bildiriblər. Qeyd olunub ki, yarım ildə rayonda 56,2 faizi kənd təsərrüfatının payına düşməklə iqtisadiyyatın əsas sahələrində 50,6 milyon manatlıq məhsul istehsal olunub. Taxılçılıq, heyvandarlıq, bostan-tərəvəzçilik sahələrində intensiv inkişaf davam edib. Hesabat dövründə rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb, əhalinin elektrik enerjisi, təbii qaz və su təchizatı ilə bağlı xeyli işlər görülübr. Son vaxtlar Prezident İlham Əliyevin Zərdab rayonu ilə bağlı imzaladığı 5 Sərəncamın sakinlər tərəfindən böyük minnətdarlıqla qarşılandığını diqqətə çatdıran yığıncaq iştirakçıları bir ay əvvəl – iyunun 19-da imzalanmış müvafiq Sərəncamla 8 yaşayış məntəqəsini birləşdirən Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi ücün 5,4 milyon manat vəsait ayrılmasını minnətdarlıq hissi ilə vurğulayıblar. Hesabat dövründə əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə Zərdab şəhəri daxilində 14 min 790 metr uzunluğunda içməli su xətti, Zərdab-Kürdəmir istiqamətində 32 min metr magistral xətt cəkilib.
Yarım ildə məktəb və digər bir sıra binaların tikintisi, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahələrində də əsaslı işlər görülüb. Hesabat yığıncağının iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi proqramların həllində zərdablıların bundan sonra da fəal iştirak edəcəklərini vurğulayıblar.

www.zerdab.com