Əlvənd kəndi rayon mərkəzindən 24 kilometr cənub-şərqdə, Zərdab-Mollakənd yolunun kənarında yerləşir. Kənd Kür çayının sahilindədir. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, klub, xəstəxana, uşaq bağçası, mişar sexi, poçt şöbəsi ATS, dəyirman, modul tipli içməli su qurğusu və digər xidmət, iaşə obyektləri və sairə var.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq və balıqçılıqdır. Son orta əsrlərdə mövcud olan və çox qədim, zəngin tarixə malik bu kənddə Şərqin ən böyük bazarlarından olan “Şənbə bazarı”, karvansara, 1847-ci ildə Şirvan bölgəsinin ilk qənd sexi olub. 1800-cü illərdə Əlvənd “Böyükkənd”də adlanıb. Əlvənd bir zamanlar Şirvanın paytaxtı olmaqla yüksək inkişaf yolu keçib. Mənbələrdə göstərilir ki, Nizami Gəncəvi Atabəy Qızıl Arslanla Əlvənd ərazisində görüşüb. Maraqlıdır ki, Əlvənd kəndi yaxınlığında Yarqıçı çökəyi adlanan ərazi var. Yarqıçı sözü isə qədim türk dilində məhkəmə terminlərindəndir. Mənbələrdə qeyd olunub ki, Hülakilərin (Elxanilər) dövründə məhkəmə sistemi dindən ayrı idi. Günahkarları şəriət qazisi yox, yasaya əsaslanan yarqıçı ittiham edirdi. Elə bu adda çökəkliyin mövcudluğu da Əlvəndin çox qədim və zəngin tarixə malik olduğunu sübut edir.
Ərazisi 891,51 hektar
Əhalisi 995 nəfər
Men fexr edirem ki “Alvend” liyem.
ehalisi niye bele azdi ?
Menda Alvendliyam ve Alvendimla qurur duyuram.Istardim Alvend 21-ci esirin en abad kendi olsun!
Men fexr edirem ki men Elvendliyem Elvend en gozel ve sefali yerdir. Cennet gormek isteyen Elvende gelsin.
En boyuk arzum tarixcileri bu kendde gormekdir.Kendin tarixini oyrenmek ve isiqlandirmaq lazimdir.Onda kendimiz abadlasacaq.
elvend yekdur
elvend yekdi —————–
Comments are closed.