Cari ilin birinci yarısında Zərdab rayonunda 425 ailə sosial yardım almaq üçün Zərdab rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (ƏƏSMM) müraciət edib. www.zerdab.com saytının məlumatına görə, onlardan 418-nin sənədləri qeydiyyata alınıb. Həmin sənədlərə mərkəzdə yaradılmış komissiyada baxılıb və 411 ailənin 1891 üzvünə ünvanlı sosial yardımı təyin olunması üçün qərar qəbul edilib.
Hazırladı: Nərmin İlqarqızı / www.zerdab.com









50-50-ye?
Comments are closed.