YAP-ın Zərdab rayon təşkilatının binası gələn ay istifadəyə veriləcək

0
46

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı üçün inzibati binanın inşası davam edir. Məlumat üçün bildirək ki, tikinti işlərinə bu ilin may ayında başlanılıb. www.zerdab.com saytı bildirir ki, ümumi sahəsi 278 kvadratmetr olan bina ikimərtəbəlidir və 7 otaqdan ibarətdir. Müasir memarlıq üslubunda tikilən inzibati binada təşkilatın normal fəaliyyəti üçün bütün lazımı şərait olacaq. Yeni binanın gələn ayın sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

www.zerdab.com