Ötən il Zərdabda 505 daimi iş yeri açılıb

0
49

Zərdab Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2011-ci ildə rayonda 1500-dən çox yeni iş yeri açılıb. Açılan iş yerlərinin 505-i daimidir. Daimi iş yerlərinin 65-i yeni yaradılmış müəssisələrdə, 246-sı mövcud müəssisə və təşkilatlarda, 194-ü isə fiziki şəxslərdədir.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri rayonda 6.449 yeni iş yeri açılıb ki, bunun 2.972-ci daimidir.