Gödəkqobu kəndi

1
218

Bu kənd rayon mərkəzindən 11 kilometr qərbdə Zərdab-Ağcabədi şosse yolunun 1 kilometrliyində, Gümüşlü adlanan böyük düzənliyin başlanğıc hissəsində yerləşir.
Kənddə İcra Nümayəndəliyi, orta məktəb, bələdiyyə, uşaq bağçası, klub, kitabxana, poçt şöbəsi, eketron ATS, tibb məntəqəsi, modul tipli sutəmizləyici qurğu, digər xidmət və iaşə obyektləri fəaliyyət göstərməkdədir.
Gödəkqobu kəndi Zərdab rayonu ərazisində Müskürlü tayfası adı ilə tanınan 4 kənddən biridir.
Yerli sakinlərin dediyinə görə, XIX əsrdə sakinlər qışı bu ərazidə, yayı isə İsmayıllı rayonundakı Qabandağ adlanan yaylaqda yaşamışlar.
Kəndin adına gəlincə, bu yaşayış məntəqəsi gödək, qısa qobu-çay yatağı kənarında yerləşdiyindən belə adlandırılmışdır. Bu gün də kəndin ərazisində böyük axmazlar mövcuddur. Kəndin əhalisi tarixən zəhmətsevər olub. Burada indi də taxılçılıq, heyvandarlıq, quşçuluq, pambıqçılıq, baramaçılıq, yemçilik və geniş inkişaf edib.

Ərazisi 965,05 hektar
Əhalisi 1441 nəfər

1 comment

Comments are closed.