İcra hakimiyyətlərinə “Açıq qapı” tövsiyəsi

0
41

“Rayon icra hakimiyyətlərində vətəndaşlar üçün rəsmi qəbul günləri keçirilir. Bu zaman məhdud sayda vətəndaşın müraciətinə baxılır”. Bu fikirləri Ombudsman Aparatında təşkil olunan “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müzakirəsi ilə bağlı tədbirdə Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, ən yaxşı variant “Açıq qapı” formatında görüşlərin keçirilməsidir: “Bu görüşlər rayonun hər hansı bir məhəlləsində keçirilir və vətəndaşların şikayətləri dinlənilir. Düşünürəm ki, ən optimal variant budur”.

www.zerdab.com