Ölkəmizə ilk “Boinq”i gətirən pilot: “Zərdabda anadan olmuşam”

4
98
“Boinq”in Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qəbulu

2010-cu il noyabrın 8-də Azərbaycan mülki aviasiyasının tarixində əlamətdar hadisə baş verdi. Belə ki, “Silk Way Airlines” şirkəti tərəfindən alınmış “Boinq (Boeing) 747-400 F” tipli yük təyyarəsi Bakıya gətirildi. Bu, sözügedən şirkətin əldə etdiyi ilk bu tipli hava gəmisi idi. Hələ o vaxt Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirmişdi ki, bu cür iritonnajlı təyyarə Azərbaycan Respublikasının dövlət reyestrində ilk dəfə qeydiyyata alınıb. Təyyarə ölkəmizə gətirilən vaxt bu münasibətlə müəyyən tədbirlər də keçirilmişdi. Lakin çoxlarına bəlli olmasa da, www.zerdab.com saytının araşdırması nəticəsində məlum olub ki, “Boinq” təyyarəsini Amerika Birləşmiş Ştatlarından ölkəmizə ilk gətirən pilot Zərdab rayonunda doğulub. Bu şəxs Adil Qəniyevdir.
Qəniyev Adil Suru oğlu 1950-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olub. Leninqradda (indiki Sankt-Peterburqda) Aviasiya Akademiyasını fərqlənmə diplomu ilə bitirib. ABŞ-dan Azərbaycana ilk “Boinq” təyyarəsini də məhz istedadlı pilot Adil Qəniyev gətirib. Məlumat üçün bildirək ki, Adil Qəniyev hazırda Azərbaycan Dövlət Mülki Aviasiyasında “Boinq” hava gəmisinin komandiridir.
www.zerdab.com saytı “Silk Way” aviaşirkətinə məxsus “Boinq” tipli ilk yük təyyarəsinin və təyyarənin Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qəbulundan fotoları təqdim edir.

“Silk Way Airlines” şirkəti tərəfindən alınmış “Boinq (Boeing) 747-400 F” tipli yük təyyarəsi.

4 ŞƏRH

  1. Fexrimizdi ALLAHdan arzum odur ki ADIL QENIYEVin adini hemishe zirvelerden eshidek

  2. Hemiwe Zerdabda doqulmuw insanlarin adlari werefle cekilsin ,bu bizim hem sevincimiz hemde fexrimizdi.

Comments are closed.