“Əməkdar mədəniyyət işçisi”, həmyerlimiz Maqbet Bünyatov

1
61
Bünyatov Maqbet Zeynal oğlu  25 dekabr 1937-ci ildə Zərdab rayonun Seyidlər kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi  bitirdikdən sonra, təhsilini Göyçay mexanikləşdirmə texnikumunda davam etdirmişdir. Texnik- mexanik ixtisası alaraq, bir müddət kolxozda işlədikdən sonra hərbi qulluğa çağırılmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra, Sumqayıt şəhərində əmək fəaliyyətinə başlamışdır. Sonra, 1964-cü ildə  M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin İnstitutu bitirmişdir. İxtisası üzrə əmək fəaliyyətinə Mədəniyyət Nazirliyi sistemində, sıravi işçidən direktor və bədii rəhbər vəzifəsinədək çalışmışdır. 1966-cı ildən 1974-cü ilədək  Azərbaycan Dövlət Kukla teatrında bilet satışı üzrə müvəkkildən direktor müavini vəzifəsinədək  yüksəlmişdir. 1974-cü ildən 1979-cu ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrında sərəncamçı direktor, 1979-cu ildən 1987-ci ilədək Akademik  Dram Teatrında  direktor müavini, 1987-ci ildən 2003-cü ilədək Bakı Dövlət Sirkinin bədii rəhbər-direktoru vəzifəsində işləmişdir.
Mədəniyyət Nazirliyinin xətti ilə bəzi dövlət səviyyəli tədbirlərin həyata keçirilməsində (Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxstan və s.) yaxından və fəal iştirak etmişdir.
Maqbet Bunyatov 2002-ci ildə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülmüşdür.
2006-ci il yanvarın 12-də Akademik Milli Dram Teatrının direktoru təyin olunub və bir neçə il bu vəzifədə çalışıb. Hazırda təqaüddədir.

1 comment

  1. qardasi fikrat muallim gozal insan idi.Maqbet isa taasuflarki………………………………….

Comments are closed.