Ramil Səfərov onu arzulayan həmyerlimizlə görüşə gəldi – fotolar

27
64
Ramil Səfərov Mərkəzi Klinikada Pərvizin qardaşı Elnur Soltanovla söhbətləşərkən

Həmyerlimiz Pərviz Soltanovun xərçəng xəstəliyindən əziyyət çəkməsi və xəstə yatağında Ramil Səfərovu arzulaması barədə xəbər vermişdik. Bildirmişdik ki, həmyerlimiz, Zərdab rayonunun Qoruqbağı kənd sakini jurnalist Nicat İntiqamın bu barədə “Zaman” qəzetində geniş yazısı dərc olunub. (http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46228) Pərviz Soltanovun arzusu barədə məlumat ictimailəşəndən sonra bu haqda xəbər tutan Ramil Səfərov dekabrın 14-də axşam saatlarında Mərkəzi Klinikada olub. Onu iki mühafizəçi müşayiət eləyib. Ramil Səfərov Pərvizin yaxınları ilə də görüşüb, onların dərdlərinə şərik olduğunu bildirib. Ramil Səfərovun Pərvizlə görüşə gəlməsi əlbəttə, hər birimizi sevindirir, qürurlandırır. Lakin bu dəqiqələrdə bir acı xəbər almışıq – Pərviz qardaşımız bir neçə saat öncə vəfat edib. Mərhum Zərdab rayonunda – Seyid Mahmud qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, Pərviz Macarıstanda magistratura təhsili aldığı illər Ramil Səfərovun bu ölkədə məhkəməsi keçirilən dövrə düşüb. Mərhum Ramilin müdafiəsində Macarıstanı yaxşı tanıyan, əlaqələri olan bir gənc kimi əlindən gələni edib. O dövrdə ANS telekanalında Ramil Səfərovun məhkəməsi ilə bağlı efirə gedən süjetlərin bir çoxunun mənbəyi Pərviz olub. O, məhkəmə prosesində Ramil Səfərovla görüşüb, ona dəstək olub.

Həmin dövrdə məhkəmə ilə bağlı məqalələr yazdığı, araşdırmalar apardığı üçün Pərviz Soltanova ermənilər tərəfindən təzyiqlər göstərilirmiş. Həmin ərəfədə ermənilərdən ona hədə zəngləri gəlib, təhdid dolu “e-mail”lər alıb. O, macarıstanlı bir xanımla tanış olub və onunla ailə qurub. İki övladı var: Atilla və Balaş.

Pərvizin son arzusu Ramil Səfərovla görüşmək idi.

www.zerdab.com saytının kollektivi Pərviz qardaşımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyir. Məkanı cənnət olsun.

www.zerdab.com

Qeyd: fotolar “Qafqazinfo” saytından götürülüb.

27 ŞƏRH

  1. Son isteklerinden birine yetib inwaAllah cenet olar mekani Allah qeni qeni rehmet elesin

  2. Allahdan rehmet dileyirem.mekanin cennet olsun.Bele vaxtsiz olum ewidanda insanin qani donur.Yawamaqa bele heves qalmir. Allahin o qadar dardi varki,ne deye bilerik ?Yazisi bu imiw.Bu az omrunu esil Azebaycan oqlu kimi yawadi.Allah qalan omrunu ovladlarina baqiwlasin.Ruhun wad olsun!

  3. Allah komeyi olsun,son maqaminda ozun yetirdi.Allah Parviz qardawimiza rahmat etsin.

  4. Soyleyin tebietin varmidir edaleti ? Aslan kimi ogula nece qiydi onun cellad eli! Calis vurus oxu xaricde ,aileden evden uzaqda min eziyyetle neye ise nail ol, amansiz ecel seni bu genc yasinda yaxalasin! Agirdi cox agir! Uca Rebbim sebir versin ezizlerine.

  5. Mərhum Pərvizi mən şəxsən tanıyırdım. O, gənc olsa da Vətənə böyük faydası dəymiş bir insan idi. Bir neçə saat öncə onun cənazəsi Zərdab şəhərindəki evlərinə gətirildi və sabah Məlikli məzarlığında, atasının yanında dəfn olunacaq. ALLAHU-TƏALADAN Pərvizə rəhmət, yaxınlarına isə səbr diləyirəm. Pərvizin simasında dəyərli və elm sahibi bir övladını itirən Azərbaycanımıza üzümü tutaram:
    Başın sağ olsun, Vətən!

  6. “Vətəni sevmək imandandır”. Rəhmətlik imanlı şəxs olduğundan Allah onun arzusunu yerinə yetirib. Bu işdə vasitəçi olanlar da savab qazanıb. Allah axirətdə nemət verdiyi şəxslərin yanında etsin.

  7. Ramil Safarovun boyukluyunu alqiwlayiram Parviza ULU Tanridan rahmat dilayiram manca bir ailanin yox bir elin itgisidir

  8. Allah rehmet elesin yaxinlarina qohum eqrebalarina ALLAHDAN sebr dileyirem

  9. allah o, dunyasin versin yeri cenet olsun qebiri nurla dolsun o allahin sevdiyi bendelerinden biri iymis cunki o oz olumu ile de bunu subut etdi. O, allahin cox sevdiyi bir gun de yeni cumue gunu dunyasini deyisdi. yaxinlarina sebir dileyirem amin allah rehmet etsin.

  10. ALLAH ONA REHMET ELESIN OZUDE MENIM QOHUMUMDUR ONUN YAZIX ANASI VE HEYET YOLDASI COX PIS OLUB

  11. Hemise uca tanri yaxsi insanlari cennete gonderir..Perviz Soltanovda bele savadli dunyagoruslu bir insan idi.Allah rehmetsin qebri nurla dolsun

Comments are closed.