Həmyerlimiz Sevil Gültəndən şerlər…
***
Necəyəm?
Heç özüm də bilmirəm.
Tufandan sonra necə sakitlik olursa
Ürəyimdə də eləcə bir sükut ağalıq edir.
Sənə olan sevgimi
Bükmüşəm mənə dediyin sonuncu kəlməyə
Asmışam ürəyimin ən gözəgəlimli yerindən.
Xatirələrin küləyi yırğaladıqca
Ürəyim də oynayır
Küləyin çaldığı hər havaya.
Göz yaşlarım su çiləyir
Həsrətdən qovrulan arzularıma.
Mən bilmirəm necəyəm-
Bəs sən?
2 oktyabr, 2010
***
O qədər güclüyəm ki
Hətta hər şeyi unudub
Təzədən başlamağa da hazıram.
O qədər zəifəm ki
Hətta bir kəlmə acı sözünün ağırlığına da
Gücüm bəs etmir.
O qədər qəddaram ki
Sənə olan sevgimi boğa da bilərəm.
O qədər kövrəyəm ki
Xatirələrimi göz yaşımla sulayaram.
O qədər ağıllıyam ki
Duyğulrıma çəpər çəkə bilərəm.
O qədər duyğuluyam ki,
Ağlımı ürəyimdə həbs edərəm.
O qədər …. o qədər sənsizəm ki
Özümü talayıb yerində səni əkərəm.
2 oktyabr, 2010
***
“ Yeddi uşaqdan təkcə Sevil bədbəxt oldu.”
-Anam-
Ana, yükdaşıyan olmaq olmaq bədbəxt olmaq deyil ki…
Gör neçə ildi ki, çiynimdə iki qız yükü daşıyıram-
Nəfəsimi dərmədən,
Gözlərimi qırpmadan.
Ana, sevilmədən yaşamaq bədbəxt olmaq deyil ki…
Gör ürəyimdə sevginin necə dərin kökləri var-
O köklərin üstündə ürəyimin ağrılarıyla yarışıram.
Ana, xoşbəxlik gözləyə-gözləyə yaşamaq bədbəxlik deyil ki…
Mən doğulandan xoşbəxtliyə doğru yol gedirəm-
Hələ gedirəm…
Hələ gedirəm…
Hələ gedirəm…
3 oktyabr, 2010
***
Dünəndən açıq qoymuşam ürəyimin qapılarını
Isəyirəm sənə olan sevgim üçub getsin ürəyimdən-
Ürəyimin gücü çatmır bu sevgini daşımağa,
Ürəyimin gücü çatmır ayrılıqla dalaşmağa.
Dünəndən bağlamışam
Xatirələrə gedən yolları-
Istəmirəm gecə-gündüz yol gedəm,
Istəmirəm ki, gün-gün olub xatirələrimə səpələnəm.
Dünəndən yığmışam ovcuma
Olub qalan ümidlərimi
Istəmirəm sənsizlikdə itib batsın.
Dünəndən ürəyimdə elə səninlə danışıram
Istəmirəm səni incidən mənlə
Kəlmə kəsmək.
Kəlmə kəsmək!
2 oktyabr, 2010
Bax bu bashqa mesele..Cox saq olun Sevil xanim..Tesekkur edirik sheirlere gore…
Yolunuz uqurlu olsun ,Sevil muellim.Qilariniz da gozunuze ciraq olsun.Onlar yuk deyiller Tanrinin en gozel hediyyesidirler.Weirlere gore sag olun.
Comments are closed.