31 Dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilib. www.zerdab.com saytına verilən məlumata görə, Rayon İcra Hakimiyyətində 30-a yaxın hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla rayon rəhbərliyinin görüşü keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev sosial müdafiəyə ehtiyacı olan soydaşlarımıza göstərilən dövlət qayğısından söhbət açıb. Bildirilib ki, rayonda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman xüsusi qayğı göstərilir. Əlamətdar bayramlar ərəfəsində 30-dan çox aztəminatlı ailəyə maddi yardım göstərilməsi, bayram sovqatlarının çatdırılması bu diqqətin bariz nümunəsidir.
www.zerdab.com