Zərdab rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər davam edir. www.zerdab.com saytının məlumatına görə, növbəti belə tədbir rayondakı “Natiq” şadlıq sarayında keçirilib. Tədbirdə millət vəkili Jalə Əliyeva, Rayon Prokuroru Bəhruz İbrahimov, MTN rayon şöbəsinin rəisi Mübariz İsayev və digər rəsmi şəxslər iştirak ediblər. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək başa çatmaqda olan 2012-ci ilin zərdablıların həyatında uğurlu il kimi yadda qalacağını vurğulayıb. Bildirilib ki, 2012-ci ilin oktyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayona səfəri zamanı Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, Küllülü-Zərdab magistral su kəməri istifadəyə verilib. Tədbirdə millət vəkili Jalə Əliyeva əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün əhəmiyyətindən söz açaraq Yeni il münasibətilə zərdablıları təbrik edib.
Sonra Rayon İcra Hakimiyyəti Başçısının Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəfər Mənafova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, il ərzində rayonun ictimai-mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə isə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.
Bayram şənliyi respublikamızın tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirilib.
www.zerdab.com
cenab bascimizi ve onun aile uzvlerini dunya azerbaycanlilarin hemreyliy gunu ve yeni il bayrami munasibeti ile tebrik edirem sire uzun omur can sagligi arzu edirem 2013 ci ilde islerinizde ugurlar
Comments are closed.