Kəndəbil kəndi

1
424

Uzun illər Gəndəbil adlanan bu kənd Zərdab şəhərinin 18 kilometr cənub-şərqində, Kür çayının sahilində yerləşir. Burada əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq, tərəvəzçilik və balıqçılıqdır. Kəndəbildə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana və klub, mədəniyyət evi, tibb məntəqəsi, poçt, elektron ATS, dəyirman, digər xidmət və məişət obyektləri var.
Uzun illər Gəndəbil adlanan kəndin adının bəzi mütəxəssislərin təşəbbüsü ilə Kəndəbilə çevrilməsi yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, Azərbaycanda və ümumən türk dünyasında yer bildirən adlar “kənd” sözünü heç zaman ön şəkilçisi kimi qəbul etməmişdir.
Əksinə, yer adlarında “kənd” sözü sonluqda işlənir. Hacıkənd, Təzəkənd, Körpükənd, Alıkənd, Daşkənd, Qasımkənd və s. Deyək ki, heç yerdə hələ ki, Kəndhacı, Kəndtəzə, Kəndkörpü tipli adlara təsadüf edilmir, yalnız Zərdabda Kəndəbil adı bu tipə yeganə nümunədir. Mənası “Əbilin kəndi” anlamına gəlir.
Bir iddia da var ki, guya “Kəndə” sözü farsca “qazılmış” yer, “bil” isə ərəbcə “ilə” mənasını verir, lakin göründüyü kimi, bu fikir heç bir məntiqə əsaslanmır.
Xatırlatmaq yerinə düşər ki , H. Zərdabi 1882-ci ildə Kəndəbilin 100 evdən ibarət bir kənd olduğunu yazmışdır. Zərdabi onu da yazır ki, Kəndəbil Zərdabdan ayrılandan sonra bina edilib, lakin sonralar kəndin bir çox sakinləri doğma yerlərinə – Zərdab kəndinə qayıdıblar. 1887-ci ildə Kəndəbildə cəmi 35 ev, 188 sakin olub.

Ərazisi 956,01 hektar
Əhalisi 821 nəfər.

1 comment

  1. gendebil sozunun etimologiyasi asaqidaki kimidir;,Gend,-iyli qoxulu ,e, -birlesdirici sait ,”bil”-SUCAQ YER DEMEKDIR/.BELELIKLE gENDEBIL SOZU IYLI,QOXULU ,SUCAQ YER MENASINI DASIYIR.ONU DA DEMEK YERINE DUSER KI, NE KECMISDE ,NE DE INDI KENDDE BELE BIR ADDA SEXS YASAMAMISDIR.Gend sozuyle baslayan coxlu yer adlari vardir.Meselen,Devecide Gendob kendi,naxcivanda Gendab yasayis menteqeleri .Bunlarin menasi da iyli ,qoxulu su demekdir.kendebil sozunun sonradan Gendebil kimi seslenmesi de aqlabatan deyildir.ve yaxud erdebil,debil ,bilgeh,bilesuvar ,bileceri kimi yer adlari da eyni koklere baqlidir .sozlerin etimologiyasini bilmemek onu deyisdirmeye haqq vermez.tarixi adlar milletin pasportudur.indinin ozunde de yerli ehali ve onu taniyanlar da GENDEBIL kendini oz adiyla caqirirlar.insan ucun de en sirin sey adinin duzgun teleffuzudur.

Comments are closed.