Körpükənd kəndi

12
428

Zərdabın, ümumən Azərbaycanın ən qədim kəndlərindən olan Körpükənd, adından da göründüyü kimi, Kür çayı sahilində, Zərdab şəhərindən 24 kilometr qərbdə yerləşir. Bu kənddə heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, bostançılıq, baramaçılıq geniş inkişaf etmişdir. Zərdabın ən inkişaf etmiş kəndlərindən olan Körpükənddə İcra Nümayəndəliyi, bələdiyyə, bir orta və bir əsas məktəb (Xasa məktəbi), kitabxana, klub, mədəniyyət evi, xəstəxana, modul tipli sutəmizləyici qurğu, uşaq bağçası, poçt şöbəsi, ATS, xidmət və məişət obyektləri və s. var. Şirvanla Qarabağın sərhədində yerləşən Körpükənd bir zamanlar Kürdən keçid rolunu oynayıb. Orta əsrlərə aid sənədlərdə bu kənddə Kürü keçmək üçün bərə olduğu qeyd edilir. Güman olunur ki, Nizami Gəncəvinin qəhrəmanı Şirin, sevimli atı Şəbdüzün belində Kür sahilinə – Zərdaba gəlib çıxmış, Körpükənd və Xasa ərazisindəki Kürbasarı və Ceyrançölü seyr etmişdir. Heredot “Tarix” adlı əsərində Körpükəndin adını çəkir.

Ərazisi 3330 hektar
Əhalisi 1412 nəfər

12 ŞƏRH

  1. Bu mehshur kendin bir igid qehreman oqlu vardi 1994-ci ilde gullelediler.Sumqayitin lotusu idi.adida:Ruslan,Allah rehmet elesin.

  2. ruslan faxr edilasi oglan idi.Sumqayitin yox Azarbaycanin lotusu idi.yasasin lotu Ruslan.

  3. bu kandda bir neca dafa olmusam.Bir qiza vurulmusdum halada urayimdadir.amma ona urayimi aca bilmadim.cunki qonaq getdiyim ev sahiblarinin qohumu idi.onunla an azi dost olmaq istardim.

  4. salam Konul xanim cox sagol mana komak etmak istadiyiniz ucun.Mana neca komak eda bilarsiz.

Comments are closed.