Qoruqbağı kəndi

1
123

Zərdab şəhərindən 17 kilometr cənub-qərbdə, Kür sahilində, Zərdab – Ağcabədi körpüsünün yaxınlığında yerləşir. Kənd əhalisinin məşğul olduğu əsas sahə heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıq və s.-dir. Qoruqbağı kəndində İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi,  ATS, uşaq bağçası, sutəmizləyici içməli su qurğusu, məscid, xidmət obyektləri fəaliyyət göstərir. Kəndin adı bu ərazinin bir zamanlar qoruq olduğunu sübut edir. Bəzi mənbələrdə bildirilir ki, Qoruqbağı yaşayış məntəqəsi kimi XIX əsrin ortalarında Müskürlü və Qaravəlli tayfalarından olan insanların bu qoruqda məskunlaşması nəticəsində yaranıb. Maraqlıdır ki, Həsən bəy Zərdabi “Kaspi” qəzetində dərc etdirdiyi məqalələrində Qoruqbağı kəndindən də danışır və qeyd edir ki, mən Şamaxıda oxuduğum vaxt Zərdaba yay tətilinə gələndə məşhur şeyxin Qoruqbağı kəndində olduğunu eşidib camaata qoşularaq at belində Qoruqbağına getdim və şeyxlə görüşdüm…
O da maraqlıdır ki, Həsən bəy Zərdabi məqalələrində bu kəndi “Qovruqbağı” adlandırır, burada meşə və tala olduğunu (Bax; “Kaspi” qəzet , N 18, 22 yanvar 1884-cü il) qeyd edir.

Ərazisi 2018,76 hektar
Əhalisi 1536 nəfər

1 comment

Comments are closed.