
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 19 iyul 2012-ci il tarixli Sərəncamı ilə Zərdab rayonundakı H.B.Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat vəsait ayrılmışdı.
www.zerdab.com saytının yaydığı məlumata görə, artıq muzeydə təmir işlərinə başlanılıb. Zərdab şəhərinin mərkəzində yerləşən Həsən bəy Zərdabi muzeyində tikinti işləri sifarişçi təşkilat olan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılır.
Obyektdə üst örtüyünün tamamilə dəyişdirilməsi, köhnə fasadın üzlük hissəsi sökülərək aqlay daşı ilə üzlənməsi, həyətdə abadlıq işlərinin aparılması nəzərdə tutulub. Muzeydən www.zerdab.com saytına verilən məlumata görə, binada işıqlandırma sistemi dəyişdiriləcək, yeni istilik sistemi quraşdırılacaq. Artıq muzeydə pəncərə və qapılar dəyişdirilib, plastik pəncərələr, müasir qapılar quraşdırılıb.
Bundan əlavə, binanın daxilində bədii tərtibat işlərinin aparılması, muzeyin təyinatına uyğun olaraq yeni inventarların quraşdırılması nəzərdə tutulur.
Həsən bəy Zərdabinin büstündə də bərpa işləri aparılacaq. Ətrafda yeni yaşıllıqlar salınacaq.
Qeyd edək ki, Həsən bəy Zərdabi irsinin toplanması və təbliği sahəsində Zərdab rayonunda fəaliyyət göstərən Həsən bəy Zərdabi Muzeyinin mühüm xidmətləri var. Muzeydə ümumilikdə 9 nəfər çalışır. Muzeyə Zərdabinin adı ilə bağlı olan eksponatların toplanması istiqamətində işlər bu gün də davam etdirilir. Hazırda muzeyin fondunda 330 eksponat var. Eksponatların 175-i əsas fondda, 155-i isə elmi köməkçi fonddadır. İstər rayon sakinlərinin, istərsə də, qonaqların bu muzeydə Zərdabi irsi ilə yaxından tanış olmaq imkanı var. H. Zərdabi Muzeyinə tez-tez gənclərin, ələlxüsus məktəblilərin ekskursiyaları təşkil edilir, eksponatlara səyyar baxışlar və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir. Muzeydən www.zerdab.com saytına verilən məlumata görə, eksponatların toplanması, kəndlərdə H.Zərdabinin adı ilə bağlı olan hər bir əşyanın alınıb muzeyə qoyulmasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə muzeyin əməkdaşları rayon sakinləri ilə mütəmadi əlaqədə olur, bu istiqamətdə hər hansı yenilik olarsa, dərhal zəruri addımlar atılır. Muzeydə Həsən bəy Zərdabinin sıx əlaqədə olduğu tarixi şəxsiyyətlərlə bağlı da eksponatlar nümayiş etdirilir. Bunlardan M. F. Axundov, A. A. Bakıxanov, N. B. Vəzirov, Ü. Hacıbəyov kimi şəxsiyyətləri xüsusi qeyd etmək olar.
Qeyd: Yazıdan istifadə olunarkən sayta istinad edilməlidir.
www.zerdab.com










olmedik bu gunude gorduk
Butun Zerdablilari tebrik edirem.Sukur gec de olsa….
Comments are closed.