Baba Babayev: “Əkrəmin bu xəyanəti bağışlanası deyil”

1
53

Əkrəm Əylisli1Son günlər  yazıçı Əkrəm Əylislinin “Drujba  narodov jurnalında  dərc edilmiş “Daş yuxular” əsəri və orada millətimizin təhqir olunması  biz Zərdab ziyalılarını da hiddətləndirmişdir. “Daş  yuxular” romanıyla (əgər buna  roman demək  mümkündürsə) Əylisli yalnız ziyalıların deyil, bütün xalqın qəzəbinə tuş gəldi. Fevral ayının 7-də İctimai  Televiziyada  əsərlə bağlı keçirilən debatda da Əylisli erməni təəssübkeşliyindən əl çəkmədi. Böyük şairimiz B. Vahabzadə bizdən çox-çox əvvəl Əkrəm adlı adamın kimliyini, onun hələ illərcə əvvəl Aşota, Daşnaka işlədiyini 1998-ci  ildə qələmə aldığı “Axtarırsan” şerində açıb tökmüşdür.

Möhtərəm Prezidentimizin Ə.Əylislinin “Xalq yazıçısı” adından və Prezidentin fərdi təqaüdündən məhrum olunması barədə imzaladığı sərəncam xalqın iradəsinin ifadəsidir. Əkrəmin Azərbaycan xalqına etdiyi  bu xəyanət bağışlanası deyil. Bu yazını qarı düşmən yaza bilərdi. Əkrəmin azərbaycanlı olmasına inanmıram.

Baba  Babayev.  Filologiya  elmləri  doktoru, Azərbaycan Yazıçılar  Birliyinin  üzvü.

1 comment

  1. Ekrem beyin hansi milletden oldugunu bilmirem amma harda oldugunu unutdu ve tokatini azaciq da olsa aldi.

Comments are closed.