Lələağacı kəndi

5
162

Zərdab şəhərindən 10 kilometr cənub – qərbdə, Kür çayının sahilində yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti  heyvandarlıq, bostantançılıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqdır. Burada əsas məktəb, klub, kitabxana, xidmət obyektləri və s. var. Bəzi iddialara görə Lələağacı keçmişdə Qaravəlli də adlanıb. Kəndin qərbindəki sahələrdən biri indi də Qaravəlli qalası adı ilə tanınır. Bir vaxtlar bu kənd indiki yerindən bir qədər şərqdə – Kürün sahilindəki Yurd yeri adlanan ərazidə olmuşdur. Köhnə Gəlmə adlanan, indiki Gəlmə kəndi sakinlərinin ata – babalarının bir zamanlar yaşadığı kənd də Lələağacının lap yaxınlığıda, Kür sahilindədir. Deyilənlərə görə kəndin adı burada ilk ağac əkib böyüdən Lələ adlı şəxsin adı ilə bağlıdır, yəni Lələnin ağacı.

Ərazisi 836,43 hektar
Əhalisi 643 nəfər

5 ŞƏRH

  1. salam, saytla yenice taniw oldum. cox sevindim ve fexr edirem ki, eslim buradandir. xeyli melumat aldim dede-baba yurdu haqqinda. size ugurlar

  2. ela, menim atam da bu kendde anadan olub. Saytinizin fealiyyetinde ugurlar sizlere

  3. Salam leleagaci kendinde yasayan biri mene yazsin cox xahis edirem ordan bir adam var onu sorusacam.elaqe 050.459.46.95

Comments are closed.