Ən yüksək reytinqə malik “Qafqaz” Universiteti – VİDEO

0
43

Qafqaz_universitetiAzərbaycanın ən yüksək reytinqə malik özəl universiteti olan “Qafqaz” 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başlayıb. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan “Çağ Öyrətim İşlətmələri” şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir.

Universitet 1995-ci ildən başlayaraq tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən nəşr edilən “Abituriyent” jurnalından alınan aşağıdakı məlumat bu faktı təsdiq etməkdədir:

“Özəl ali məktəblər arasında ən yüksək reytinqə “Qafqaz” Universiteti malikdir. Bu təhsil müəssisəsinin əvvəlki illərdə də özəl ali məktəblər içərisində ən yüksək reytinqi olmuşdur. Bizdə olan məlumata görə, “Qafqaz” Universitetində yüksək nizam-intizam mövcuddur, tələbələr burada qayğı ilə əhatə olunublar: yüksək ballı tələbələr təhsil haqqından azad edilir, hətta onlara təqaüd də verilir. Təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə də yardım göstərir. Bu kimi həvəsləndirici tədbirlərin nəticəsidir ki, bu təhsil müəssisəsini daha çox və həm də daha hazırlıqlı abituriyentlər seçirlər. Bundan başqa, Azərbaycanda keçirilən qəbul imtahanlarında maksimum bal toplayan abituryetlərin də əksəriyyəri ali təhsil almaq üçün “Qafqaz” Universitetini seçir.

www.zerdab.com