Zərdabda iməcilik keçirildi, yüzlərlə ağac əkildi

0
41

Mart ayı həm də ağac əkmə mövsümü hesab olunur. Bunun nəticəsidir ki, indi ölkəmizin əksər bölgələrində ağaclar əkilir, yeni yaşıllıqlar salınır. www.zerdab.com saytının xəbərinə görə, ağac əkmə kampaniyasına Zərdab rayonunda da start verilib. Sonuncu belə kampaniya bir neçə gün öncə təşkil olunub. Digər iməciliklərdə olduğu kimi, bu tədbirdədə idarə, müəssisə, təşkilat və cəmiyyətlərin 300-dən çox nümayəndəsi iştirak edib. Tədbir zamanı Zərdab-Ucar yolunun Zərdab hissəsində, Zərdab-Ağcabədi magistral yolunun rayonumuza aid olan hissəsində və digər ərazilərdə minlərlə şam, qovaq, iydə, söyüd və digər ağaclar əkilib. Əkin zamanı aqrotexniki qaydalar nəzərə alınıb. Yaşıllıqların salınması aprel ayının əvvəlinədək davam etdiriləcək.